35 ildən sonra yenidən Xankəndinin oyununda - Foto

35-ilden-sonra-yeniden-xankendinin-oyununda
Oxunma sayı: 2092

Birinci Liqa çərçivəsində Xankəndidə ilk dəfə keçirilən “Xankəndi” - “Karvan-Yevlax” matçında klubun keçmiş veteranları da yer alıb.

“Qafqazinfo” xəbər verir ki, işğaldan əvvəl bu komandada oynamış Samir Ələkbərov, Munis Abdullayev və Emin Salmanov 35 il sonra yenidən arenaya ayaq basıblar.

Onlar qarşılaşmanın əhəmiyyəti haqqında danışıb və matçdan əvvəl mərkəzə dəvət olunublar.

Fotolar: Xəyal Vəlizadə