Xəbər verdiyimiz kimi, bu gün metronun “28 May” stansiyasının girişində tüstüləmə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, baş verən hadisə sərnişinlərin təlaşı ilə nəticələnib.
Tüstüləmə səbəbi ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb və bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində müvəqqəti məhdudiyyətlər olub.