“British Vogue” 2026-cı ilin ən dəbli cütlüklərini müəyyən edib.
“Qafqazinfo” xəbər verir ki, siyahı dəb jurnalının veb-saytında dərc olunub.
Siyahıya Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton başçılıq edirlər. Redaktorlar Uels şahzadəsinin cazibədarlığı mühafizəkar estetika ilə birləşdirmək bacarığını yüksək qiymətləndiriblər.
“Onun zərif axşam geyimləri hər zaman heyranlıq doğurur – xüsusilə də kral ailəsinin arxivindən götürülmüş parlaq zinət əşyaları ilə tamamlandıqda və yanında şahzadə Uilyam olduqda”,- siyahının müəllifləri qeyd ediblər.
Son xəbərlər
Son Xəbərlər