2019-cu ilin ən yaxşı filmi açıqlandı

2019-cu-ilin-en-yaxsi-filmi-aciqlandi
Oxunma sayı: 3699

Cənubi Koreyalı rejissor Pon Çjun Xonun “Parazitlər” adlı ekran işi 2019-cu ilin ən yaxşı filmi seçilib. “Qafqazinfo”nun məlumatına görə, bunu ABŞ Film Tənqidçilərinin Milli Komitəsi açıqlayıb.

“Parazitlər” “Ən yaxşı senari” nominasiyasında da qalib gəlib. Ən yaxşı rejissor “Kiçik qadınlar” filmi ilə Qreta Herviq olub. Ən yaxşı aktyor Antonio Banderas (“Ağrı və şöhrət”), ən yaxşı aktrisa Meri Key Pleys (“Diana”) seçilib.

Bred Pitt “Bir dəfə Hollivudda”kı roluna görən ən yaxşı ikinci plan aktyoru, Lora Dern isə “Nikah hekayəsi” və “Kiçik qadınlar”dakı rollarına görə ən yaxşı ikinci plan aktrisası olub.

Kler Matonun (“Alovdakı gənc qadının portreti”, “Atlantika”) operator işi ən yüksək qiymət alıb. Rrejissorlar Tamara Kotevska və Lübomir Stefanovun “Bal ölkəsi” isə 2019-cu ilin ən yaxşı sənədli filmi seçilib.