“20 Yanvar”da kişi qəfil öldü

20-yanvarda-kisi-qefil-oldu
Oxunma sayı: 76

Paytaxtın Yasamal rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının çıxışında piyada qəfil ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.