20 Yanvar faciəsini törədən ordu generalı öldü

20-yanvar-faciesini-toreden-ordu-generali-oldu
Oxunma sayı: 5857

SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev vəfat edib.

Bu barədə “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Moiseyev dekabrın 18-də 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub.