İkisi uşaq olmaqla 3 nəfər liftdə qaldı - Video

ikisi-usaq-olmaqla-3-nefer-liftde-qaldi
Oxunma sayı: 2777

Xətai rayonu, Gəncə prospektindəki doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Məlum olub ki, elektrik enerjisinin kəsilməsi səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və 2-si azyaşlı olmaqla 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq sakinləri xilas ediblər.