Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda yerləşən “Habaş” dəmir-polad zavodunda 17 işçinin ölümü ilə nəticələnən ağır faciədən sonra hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan ilk araşdırmalar çərçivəsində 6 şübhəli şəxs saxlanılıb.
Menemen Baş Prokurorluğu tərəfindən verilən rəsmi bəyanatda bildirilib ki, dəhşətli partlayış saat 12:00 radələrində müəssisənin polad istehsalı sexində baş verib. Faciənin başvermə səbəblərinin araşdırılması məqsədilə dərhal cinayət işi açılıb və 4 prokurordan ibarət xüsusi istintaq qrupu yaradılıb.
Məhkəmə ekspertləri və mütəxəssislər prokurorların birbaşa nəzarəti altında zavodun istehsal sahəsində kompleks yoxlamalar həyata keçiriblər. Hadisədə səhlənkarlığı və məsuliyyəti olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində saxlanılan 6 şübhəli şəxs barəsində istintaq hərəkətləri intensiv şəkildə davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər