Gəncədə 15 yaşlı yeniyetmə kəsici alətdən xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü S. Məmmədov (ad şərtidir) kəsici alətdən aldığı xəsarət sonrası xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər