Bərdədə 15 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Yenidaşkənd kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Məmmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyərkən traktor aşıb və o, aşan traktorun altında qalıb. E.Məmmədzadə hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər