Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir

emi-ve-qardasioglu-denizde-batdi
Oxunma sayı: 2340

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Əldə etdiyimiz məlumata görə, 15 yaşlı yeniyetmə dənizdə əmisi ilə birgə batıb. Əminin meyiti sudan çıxarılsa da, uşağın axtarışları hələ də davam edir.