14 yaşlı yeniyetməyə kəsici-deşici alətlə xəsarət yetirildi - Araşdırma aparılır

14-yasli-yeniyetmeye-kesici-desici-aletle-xesaret-yetirildi
Oxunma sayı: 1160

Paytaxtın Binəqədi rayonu ərazisində 14 yaşlı yeniyetməyə həmyaşıdı tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat əsasında ərazi polis orqanında araşdırma aparıldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları çərçivəsində tərəflərin izahatları alınıb, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin bütün halları və başvermə səbəblərinin tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.