14 ildən sonra Suriyaya qayıdırlar

14-ilden-sonra-suriyaya-qayidirlar
Oxunma sayı: 978

Polşanın Suriyadakı səfirliyi 14 ildən sonra yenidən fəaliyyətə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Polşanın “RMF FM” radiostansiyası məlumat yayıb.

“Polşalı diplomatlar 14 ildən sonra Suriyaya qayıdırlar. Yanvar ayında paytaxt Dəməşqdə Polşa səfirliyinin yenidən açılması planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd edək ki, səfirlik 2012-ci ildə, həmin ərəb ölkəsində davam edən münaqişə səbəbindən təxliyə edilmişdi.