12 və 14 yaşlı qızlar ərəb turistin pulunu oğurladı

12-ve-14-yasli-qizlar-ereb-turistin-pulunu-ogurladi
Oxunma sayı: 5336

Bakıda ərəb turistin cibindən pul oğurlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırma zamanı pulu oğurlayan şəxslərin yeniyetmə qızlar olması müəyyən edilib. Belə ki, Səbail RP 39-cu Polis Bölməsinə fevralın 13-ü saat 14 radələrində Bülbül prospekti 18A-nın qaşısında Səudiyyə Ərəbistanından olan turist Alrashidi Bader Yousefin cibindən 1000 dollar oğurlanması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Yevlax rayon sakini olan 12 və 14 yaşlı iki qız tərəfindən törədilməsi müəyyənləşdirilib.

Hər iki qız polis tərəfindən saxlanılıb.

Nizam Rza