“11 aylıq tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq”

11-ayliq-tikinti-muddetinde-ekspres-avtobuslar-odenisli-olacaq
Oxunma sayı: 2847

“Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, avqustun 15-dən Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq: “Proses 10-11 ay davam edəcək. “Nizami” - “28 May” stansiyaları arasında sərnişinlərin daşınması üçün ekspres avtobuslar isə ödənişli olacaq”.

B.Məmmədov hələ ki gedişhaqqı qiymətlərinin müəyyənləşdirilmədiyini bildirib.

O həmçinin qeyd edib ki, noyabr ayından etibarən “İçərişəhər” - “Həzi Aslanov” istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə olacaq. Bunun üçün “İçərişəhər” stansiyasında gücləndirmə tədbirləri görülüb, əlavə maşinistlər cəlb edilib və qatarların stansiyanı daha operativ tərk etməsi təmin olunacaq. “Dərnəgül” - “Nizami” istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edəcək.

Gülnar Əliyeva