“Nurgün”ün vitse-prezidentinin ölüm səbəbi- - Açıqlandı

nurgunun-vitse-prezidentinin-olum-sebebi-
Oxunma sayı: 7861


“Qafqazinfo” xəbər verir ki, bunu azvision.az -a açıqlamasında ötən gün vəfat edən “Nurgün” şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin kiçik qardaşı Vüqar Səfiyev deyib. 

O, bildirib ki, artıq M. Səfiyevin cənazəsi Xırdalan qəbiristanlığında torpağa tapşırılıb: 

“İndi qardaşımın cənazəsini dəfn edib gəlirik. Qardaşımın heç bir xəstəliyi yox idi. Diaqnoza görə, qardaşım qan təzyiqindən dünyasını dəyişib. O axşam yatıb, səhər oyanmayıb. Təzyiqi yüksək olub, elə ona görə də vəfat edib”.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.