Postmodernizm anlayışı

postmodernizm-anlayisi
Oxunma sayı: 2227


1924-cü ildə, yəni "Uliss" və "İtirilmiş torpağ"ın meydana çıxdığı unudulmaz illərdən iki il sonra Virciniya Vulf bəyan etdi ki, modernizm və ya ən azı "modern dünya" təqribən 1910-cu ilin dekabrından, yəni insan şəxsiyyətinin dəyişikliyə məruz qaldığı vaxtdan başlamışdır.

Postmodernizm əslində bizim şüurumuzun bir növ «linqvistik kələyidir»: fərdin reallıq kimi qəbul etdiyi əslində sosial və linvinis şəkild ə quraşdırılıb.

Postmodernizm fərdin şüurunun dilin stereotiplərindən asılılığını sübut etmə yə çalışır. Yəni, fərz edilir ki, hər kəsin şüurunda mətnlər toplusu var ki, onlar insanın gerçəkliyə münasibətini, davranışını müəyyən edir və diskursiv praktika vasitəsilə ifadə olunur. Bununla əlaqədar dilə müstəsna əhəmiyyət verilir, linqvinistika dil haqqında elm kimi mərkəzi elmlərdən birinə çevrilir.

Təəsüflər olsun ki, “postmodernizm” hər cür vəziyyətə yararlı olan bir termindir. Mənə elə gəlir ki, indiki zamanda hansısa bir şeyi tərifləmək istəyəndə bu sözə müraciət olunur. Bir də ki, bunu qətiyyətlə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız XX əsrin ikin yarısının yazarları və rəssamlarına tətbiq edilirdi; sonra yavaş-yavaş XX əsrin əvvələrinə də keçdi.

C.Coysu götürək. “Rəssamın gənclik portreti” modernizmə tərəf hərəkət haqda hekayətdir. Bundan əvvəl yazılmış “Dublinlilər” “Portret”dən daha da modernist əsərdir. “Uliss”- sərhəddə dayanandır. Və nəhayət,“Finneqanın yası”- artıq postmodernizmdir.

Postmodernizmi Con Bartın “Tükənmə ədəbiyyatı” məqaləsində də nəzərdə tutulur.

Modernizm; elmi, siyasi, mədəni inkişaflarla və sənaye inqilabıyla birlikdə hərəkətlənən böyük ictimai dəyişməyə yoldaşlıq edən zehniyyətin hamısı üçün istifadə edilə bilən bir termindir.

Modernizmin əsas məqsədi hekayələrdəki hadisələrin fərd üzərindəki təsirini izah etməkdir.

Modernizm fərdin iç dünyasındaki insan psixologiyasına yanaşma baxımından da yaxınlıqları vardır.

Modernizmi əsaslı əsərlər, mövcudluq axınından təsirlənmişdir. Varoluşçuluğa görə, dünyadakı digər varlıqlardan fərqli olaraq əvvəl var olan sonra nə olduğu təyin olunan fərd öz özünü axtarar, özü olmağa çalışır, bu baxımdan fərd yaşadığı cəmiyyətlə da qarşıdurma içindədir.

Modernizm özü də "köhnədənqalmışlığı" inkar edir. Belə demək mümkündürsə, postmodernizm inkarın özünü də inkar edir. Bizim gənc yazarların üslubu isə daha çox köhnəliyi inkar üstündə qurulub və modernizmə uyğun gəlir.

Modernizm Qərbdə 20 əsrin başında, postmodernizm isə 20. əsrin ikinci yarısında ortaya çıxmışdır. Postmodernizm, modernizmin bir davamı olaraq ortaya çıxmışdır.

Modernizm "indi, yeni başlayan" mənasındadır. Postmodernizm isə "modernizm sonra gələn, müasir sonrası" mənasını verir. Burdan aydin olur ki postmodernizm, ana qanunlarını modernizmi almış, müasir roman üzərində dirçəltmişdir.

Postmodern romanlarda, ənənəvi romanlarda olan səbəb-nəticə və ya başı-sonu sıralaması yoxdur. Eyniylə mənim yazim kimi.

Postmodernist anlayışı, (Alain Robbe Grillet) sözüylə yekunlaşdırıla bilər. "Dünya nə mənalıdır nə də mənasız vardır o qədər."

Bahar Məmmədova, Fəlsəfə, Sosiologiya və Huquq institutu

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.