“Mənə sataşmayın! Hamınızın cavabını verəcəm”

mene-satasmayin-haminizin-cavabini-verecem-
Oxunma sayı: 763

“Qafqazinfo” xəbər verir ki, bunu SİA-ya müsahibəsində xalq artisti Flora Kərimova deyib. Daim qalmaqallarda olduğunu bildirən müğənni haqqi-nahaqqa vermək istəmədiyini vurğulayıb: “Odur ki, haqqımı sənət və sübutla isbat edirəm. İndi də üzümü tutub deyirəm ki, mənə sataşmayın! Hamınızın cavabını verəcəm. Hər zaman mənə yaxın olan insanlara demişəm ki, bir-birinizlə kobud zarafat etməyin. Hətta zarafatı övladlarıma belə qadağan etmişəm”.

F. Kərimova indiki gənc müğənnilərin tutuduğu yolun utandırıcı olduğunu bildirib: “İndi hamısını sosial durum maraqlandırır. Nə olursa olsun, hamıdan gözəl geyinim, bahalı maşın sürüm və s... Onu da deyim ki, mən elə müğənnilər, aktrisalar tanıyıram ki, övladı onun adını çəkməyə utanır. Bu valideyn üçün faciədir. Mən həmişə bundan qorxmuşam və diqqət eləmişəm ki, övladım mənim yalanlarımı tutmasın. Hansı mükafatların sahibi olsam da, mənim yeganə qazancım övladlarımdır. Onların sevgisinə layiq olmaq üçün mən həm sənət fəaliyyətimdə, həm də həyatımda əlimdən gələni etmişəm. Ona görə də mənə şər atanlara cavab verməyə məhkumam”.