Bu barədə “Qafqazinfo” ya açıqlama verən millət vəkili, yazıçı Aqil Abbasın bildirib ki, müəllifi olduğu “Dolu” romanın motivləri əsasında çəkilmiş eyni adlı film gürcü dilində nümayiş olunacaq: “Yanvarın 21-də film Gürcüstanın məşhur kionoteatrlarından biri olan Ariami kinoteatrında nümayiş olunacaq. Bütün yaradıcı heyət ora dəvət olunub. Eyni zamanda yaradıcı heyətlə görüş də keçiriləcək.
Aqil Abbas qeyd edib ki, filmin nümayişi Azərbaycan-Gürcüstan Mədəni Əlaqələr Assosiasiyasının təşkilatçılığə ilə baş tutacaq.
Qeyd edək ki, filmin tərcümə olunmasına Azərbaycanın Gürcüstandakı səfirliyi və Socar maliyyə dəstəyi göstərib.
Günel