Uşaqların macəra və yumor dolu düşərgə həyatını əks etdirən ABŞ filmlərinin sırasına Türkiyə istehsalı olan “Çılgın Kamp” da qoşulub.
"Qafqazinfo" xəbər verir ki, film yay tətilinə ilk gündən həyacanla başlamaq istəyənlər üçün əsl hədiyyədir.
Ekran işi iyunun 1- dən Bakıda yerləşən “Cinema City” - də ( Aygün City) nümayiş olunacaq.
Qeyd edək ki, filmin davamı olaraq Azərbaycan və Türkiyənin ortaq istehsalı olacaq “Çılgın Kamp 2” - nin çəkilməsi planlaşdırılır. Kastinq üçün uşaqlar “Çılğın Kamp”ı izləməyə gələnlər arasından seçiləcək.
Son xəbərlər
Son Xəbərlər