Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç uşaq ədəbiyyatının məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” romanı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
“Qafqazinfo” xəbər verir ki, tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və “Azercell” şirkətinin birgə layihəsi əsasında hazırlanıb.
Eyniadlı romanının motivləri əsasında Stafan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), aranjımançı Rüfət Ramazanov, məsləhətçi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu və Ramil Məmmədov ifa ediblər.