Brat Li...

brat-li
Oxunma sayı: 3564


“Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin mətbuat katibi Fuad Mədətovun verdiyi məlumata görə, adı “Brat Li” olan komediya janrında çəkiləcək bədii filminin aktyor və aktrisa seçimləri (kastinq) Bakıda Bakı Slavyan Universitetinin əsas korpusunda keçiriləcək. Seçimlərdə 18 yaşdan 55 yaşadək hər bir şəxs iştirak edə bilər. Kastinq 26 aprel saat 10:00-dan 17:00-dək davam edəcək.

Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru, ssenari müəllifi Nicat Rzazadə və rejissoru Ruslan İsmayılovdur. Filmin bütün texnikası və texniki heyəti xarici ölkələrin birinə həvalə olunub. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.