Müğənninin yeni işləri barədə “Qafqazinfo”ya məlumat verən prodüseri Tolik (Tarix Əliyev) bildirib ki, Aygün Kazımova 4-günə 2-klip çəkdirib: “Aygün xanım qadınlar arasında futbol üzrə dünya çempionatına həsr etdiyi mahnısının klipi artıq hazırdır. Eyni zamanda söz-musiqi Sərdar Ortaca aid olan mahnıya da klip çəkilib. Hər iki klipi türkiyəli rejissor Murad Küçük ekranlaşdırıb. Yaradıcı heyəti dünən vətənlərinə qayıtdılar”.
Tolik onu da söyləyib ki, hazırda çox güclü işləri ilə məşğul olan Aygün Kazımova avqust ayında dincələcək: “Aygün xanım işlərini bitirəndən sonra avqust ayında Türkiyədə dincələcək. Söz verib ki, istirahətə gedəndə məni də aparacaq”.
Aynur Balamirzəqızı