15 dekabr 2016-cı il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, “Həddən artıq uyğunluq” bədii filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Romantik komediya janrlı filmdə baş rolları Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.


Son xəbərlər
Son Xəbərlər