20 manatlıq fahişə

20-manatliq-fahise
Oxunma sayı: 40355


“Bakıda kişiləri tələyə salan seksi qadınlar” başlıqlı xəbəri oxuduqdan sonra bu yazını yazmağa qərar verdim. Hadisələrdən xəbəri olmayanlar və hər an belə bir tələyə düşmə ehtimalı olan gənclərin bu mövzuda maariflənməsinin vacib olduğunu düşünürəm.

Bu haqda ilk dəfə 17 yaşım olanda eşitmişdim. Türkiyədə təhsil alarkən mənimlə eyni sinifdə oxuyan iki azərbaycanlı Taksim meydanı adlanan bölgədə tanımadıqları küçələrdə gəzərkən orta yaşlı bir kişi onları özünə qurban olaraq seçib, soruşur : “Gənclər əyləncə istəyirsiz?” Əlbətdə o kişi illərin təcrübəsi ilə kimi seçəcəyini yaxşı bilirdi. Onlar da qısa sorğu-sualdan sonra qiymət barəsində də razılaşıb bara getməyi qəbul edirlər. Bundan sonra baş verənlər sözü gedən xəbərdə yazıldığı kimidir. Əvvəlcə qızlar yanlarına oturur, biraz gülümsəyir və birazdan yataq otağına keçəcəklərini deyir. Amma əvvəlcə koka-kola sifariş verirlər. Ofissiant kola ilə yanaşı xanımlar üçün siqaret və şərab da gətirir. Ofissiantın şübhəli hərəkətləri, xanımların onları “tələsməyin” deyə-deyə ləngitməsi bu iki oğlanda şübhə oyadır və onlar hesabı ödəyib bardan canlarını qurtarmaq istəyirlər. Hesabı istəyirlər. Hesabı başqa bir adam gətirir. Uzun boylu, iri-yarı bir oğlan ciddi nəzərlərlə onları süzür və kağızda yazılmış hesabı göstərir. Sonra mübahisə, yalvarışlar başlayır amma xeyri olmur. Banda üzvləri arasında bir kişi onlara kömək edirmiş kimi görünür. Onlarla sakit tərzdə, dostcasına söhbət edir. Nəticədə bütün pullarını əllərindən alıb yola salırlar.

Bu hadisənin adı çəkilən xəbərdəkindən tək fərqi hadisənin “odnoklassniki.ru” saytından başlamamasıdır. Qalan gedişat eynidir. Bu hadisədən başqa sonralar dəfələrlə buna oxşar hadisələr haqqında eşitdim. Bəli kişiləri-xüsusilə də gəncləri bu formada aldatmaq o qədər də çətin deyil. Əgər belə bir hadisə haqqında eşitməyiblərsə çoxunun bu tələyə düşmə ehtimal yüksəkdir. Amma bu soyğunçuluq sadəcə “odnolklasniki.ru” saytı vasitəsiylə olmur.

Belə dostlarım olduğu üçün bəxtim gətirib. Onların sayəsində baş verən bütün hadisələri görüb o səhvləri təkrarlamamışam. Bu yaxınlarda əsgərliyini yeni bitirmiş bir dostumla Azadlıq prospekti ilə piyada dəniz kənarı parka doğru yeriyirdik. Azadlıq prospektinin 28 maydan keçən hissəsində yolun ətrafı barlarla doludur və əgər axşam gəzintiyə çıxsaz görəcəksiniz ki, bardakı qızlar küçələrdə gözünü sizə zilləyib və sizi bara çəkmək istəyir. Barlardan birinin yanından keçərkən qızlardan biri bizdən siqarət istədi. Sərxoş olan dostumun qolundan tutub çəkib, qıza yaxınlaşmamasını xahiş etdim. Çünki gözünü qıza zilləmişdi və ağlından nə keçdiyini yaxşı bilirdim. Barın önündə ayaq saxladıq. Çıxarıb qıza iki siqaret verdi. Siqaretini yandırmaq istədikdə qız siqaret çəkmədiyini dedi. Sonra əlavə etdi: “İstəsən gecəsi 20 manata evə gələrəm. Burda da yer var”. Qiyməti eşidəndə dostumun gözü parıldadı. İştahı qabardı və qızlara indi onu evə aparmaq istədiyini dedi. Amma özü də qiymətin ucuz olmasından şübhələnmişdi. Nəysə qısaca qız içəri girib ən azından bir kola içdikdən sonra evə getməyin mümkün olacağını dedi. Dostum içəri girməyib, artıqlaması ilə pul təklif etdi amma xeyri olmadı. Qızın bir məqsədi bar idi. Hansısa üsulla bizi barda əyləşməyə məcbur etmək.

Bu hadisəni yazmağımın səbəbi bu söhbətlərdən xəbəri olmayanları xəbərdar etməkdir. Oğlanların bu tələyə düşməyi çox asandır. Biraz saf, bu mövzularda məlumatı olmayan və qanı qaynayan hər hansı bir gənc bu tələyə asanlıqla düşə bilər və içəridə alacağı bir kola ona baha başa gələr.

Sonda “odnoklassniki.ru” və “mail.ru” saytları haqqında bir iki cümlə də demək lazımdır. Bu saytlarda açıq açığına faişələr özlərini reklam edirlər. Bu iki sayt qadınların, homoseksualların və transların reklamları ilə doludur. 10 yaşında bir uşağın bu saytlara daxil olub asanlıqla faişələrin telefon nömrələrini əldə edə bilmə ehtimalı çox təhlükəli haldır. İnternet vasitəsiylə istənilən yeniyetməni ( müxtəlif üsullarla) yoldan çıxartmaq olar. Onsuz da ölkəmizdə kifayət qədər faişəxana və faişə var. Amma bunu internet vasitəsiylə reklam etmək, qanı qaynayan insanları yolundan daha asan üsulla çıxartmaq deməkdir. Buna artıq bir son qoymaq lazımdır. Qadağalar tətbiq etmək və gəncləri qorumaq lazımdır.