Mürsəl hədis nədir?

mursel-hedis-nedir
Oxunma sayı: 3199


“Qafqazinfo” xəbər verir ki, hədislər müxtəlif növlərə bölünür. Etibar dərəcəsinə, sənəd zəncirinin quruluşuna, rəvayətçilərinə görə hədislərin fərqli növləri vardır. Bunlardan biri də mürsəl hədisdir. Hədisin sənəd zəncirində səhabənin adı düşmüşsə, buna mürsəl hədis deyilir. Yəni səhabədən sonrakı təbəqədən (tabiindən) olan şəxs hədisi birbaşa Peyğəmbərdən rəvayət edir. Halbuki, o, Peyğəmbəri görməmişdir və ondan vasitəsiz hədis rəvayət edə bilməz. Mürsəl hədis zəif hədisin bir növü sayılır və etibarlılıq dərəcəsi aşağıdır.