Birləşmiş Ərəb Əmirliyində gələcəkdə göydələnlər 3D-çap tətbiqi vasitəsiylə tikiləcək.
“Qafqazinfo” “Khaleej Times”a istinadən xəbər verir ki, bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
“BƏƏ-nin ərazisində Nazirlik tərəfindən gələcəkdə tikiləcək bütün binalar 3D printerlə çap olunacaq”,-deyə nazirliyin nümayəndəsi Münir Abdel Kərim bildirib.
Hakimiyyətin hesablamalarına görə, 3D texnologiyası tikinti vaxtını və xərclərini 70-80% azaltmağa imkan verəcəkdir.
Hazırda bu şəhərində 3D preinter vasitəsiylə çap edilmiş ofis binasının prototipi var.
Son xəbərlər
Son Xəbərlər