Evdə pişik saxlamaq olarmı? -

evde-pisik-saxlamaq-olarmi-
Oxunma sayı: 7760


“Qafqazinfo” oxucuların bu sualına islam.az-ın cavabını təqdim edir:

“Bu cür heyvanları evdə saxlamaq məsləhət deyil:

Əvvəla, onların tükündə olan müxtəlif zərərli bakteriyalar insanın nəfəs yollarına və bağırsağına düşdükdə ağır fəsadlar verə bilər. 

İkincisi, bu heyvanların tükü adamın paltarına yapışarsa, o paltarda namaz qılmaq batildir. 

Üçüncüsü, bu heyvanların ağız suyu da adamın paltarına dəysə, qurumayınca o paltarda namaz qılmaq batil sayılır. 

Dördüncüsü, bu heyvanların sidiyi və peyini hara dəysə, o yer murdar olur və paklanmalıdır (hər nə qədər ehtiyat tədbirləri görülsə də, belə hallar olur)”.

“Qafqazinfo”