“Azərbaycan Hava Yolları” aviaşirkəti dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb.
“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org-a aviaşirkətlərin və hava limanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin öyrənilməsində ixtisaslaşmış “Skytrax” konsaltinq şirkətindən verilən məlumata görə, “TOP-100”də AZAL 70-ci yerdədir.
Reytinqdə ilk yeri “Emirates” aviaşirkəti tutub. İlk üçlüyə həmçinin “Qatar Airways” və “Singapore Airlines” daxildirlər.
“Türkiyə Hava Yolları” dünyanın ən yaxşı aviaşirkətləri arasında 7-cidir.
Rusiya şirkətləri arasında ən yaxşı göstərici “Aeroflot”dadır — 40-cı yer. “TOP-100”də digər postsovet ölkələrinin nümayəndələri yoxdur.