DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.
Hər iki sürücü və S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb, digər 1 sərnişini, habelə N.Əliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər