Natiq Kərimov yenidən hakim önündə

natiq-kerimov-yeniden-hakim-onunde
Oxunma sayı: 1649

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilənlər – Natiq Kərimov və İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan proses qapalı keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib, N.Kərimov və İ.Əhədov ittihama münasibət bildirərək təqsirsiz olduqlarını və ittihamı qəbul etmədiklərini deyiblər.

Məhkəmə prosesi martın 2-də davam etdiriləcək.

Murad Əhməd