“Nardaran hadisələri” ilə bağlı növbəti məhkəmə başlayır

nardaran-hadiseleri-ile-bagli-novbeti-mehkeme-baslayir
Oxunma sayı: 1294

“Nardaran hadisələri” ilə bağlı saxlanılan daha 12 nəfərin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Fariz Namazlı məlumat verib.

O bildirib ki, həmin şəxslər barəsində aparılan cinayət işi üzrə istintaq tamamlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu şəxslər terrorçuluğa hazırlıq, terrorçuluğa çağırış, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamağa çağırışlar, qanunsuz odlu silah daşıma, hakimiyyəti zorla ələ keçirmə cəhdi,silahlı birləşmə yaratma, dövlət əleyhinə çağırışlar etmə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, rəsmi sənədləri saxtalaşdırma və onlardan istifadə etmə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham edilirlər.  

E.Qasımov "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun müavinidir. Hazırda T.Bağırov və digərləri barəsində məhkəmə prosesi davam edir.

Murad Əhməd