Bakının Xətai rayonunda motosiklet minik maşını ilə toqquşub.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, avtoqəza Yeni Bulvar yaxınlığında, baş verib. Müəyyən edilib ki, nəqliyyat vasitələrinin hər ikisi eyni istiqamətdə hərəkət edirmiş və ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən “Suzuki” markalı motosiklet sürücüsünün xanım olduğu bildirilən “Chevrolet” markalı avtomobillə toqquşub. Daha sonra motosikletin sürücüsü müvazinəti itirib və yıxılıb.
Qəza nəticəsində xəsarət alan motosikl sürücüsü sonradan xəstəxanaya müraciət etməli olub. Hadisənin baş verməsi səbəblərini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin müfəttişləri araşdırır.
Son xəbərlər
Son Xəbərlər