DİN BCAİ və Binəqədi RPİ CAŞ məkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Məmmədovdan 0,182 qram heroin götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, ötən il mayın 24-də 61 aylı xətt avtobusunda Aygün Nəbiyevanın çantasından içərisində 550 manat, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartı olan pul kisəsini, oktyabrın 10-da 26 saylı xətt avtobusunda Lalə Cavadovanın çantasından içərisində 320 manat olan pul kisəsini və bu il martın 7-də 10 saylı xətt avtobusunda Elmir Əliyevin cibindən mobil telefonu naməlum şəraitdə oğurlayıb.
Martın 13-də Binə qəsəbəsi ərazisindən qəsəbə sakini Təbriz Cəbrayılov bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Mehdi Rzayev tutulub.
Martın 27-nə keçən gecə, Bakı şəhər sakini Elnarə İbrahimovaya məxsus S.Bəhlulzadə küçəsində yerləşən mağazadan 100 manat və parfumeriya malları oğurlanıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, mağazadan oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fərhan Quliyev tutulub.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rüstəm Almazovdan 450 qram qurudulmuş marixuana götürülüb.
Martın 31-də «Sədərək» ticarət mərkəzində Lənkəran şəhər sakini Mehman Məmmədov diqqəti yayındırmaqla, Türkiyə vətəndaşı Yalıç Ərdala məxsus mağazanın kassasından 350 manat, fevralın 18-də Adil İbrahimova məxsus mağazadan 960 manat, fevralın 26-da Ramiz Tağıyevə məxsus mağazadan 4000 manat, martın 25-də Əbülfət Qasımova məxsus mağazadan 1300 manat, 400 ABŞ dolları, aprelin 7-də Mənsur Məmmədova məxsus mağazadan 300 manat, dekabrın 8-də Əbdül İsmayılova məxsus mağazadan 3500 manat oğurlamaqda şübhəli bilindiyinə görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.