Bakıda jurnalistin evindən oğurluq - “Nişan üzüyümü də aparıblar”+Foto

bakida-jurnalistin-evinden-ogurluq-
Oxunma sayı: 2843

Azərbaycanda jurnalistin evi qarət olunub.

“Qafqazinfo” xəbər verir ki, azvision.az saytının siyasət müxbiri Elvin Abdulqədirovun Bakının Binə qəsəbəsində yerləşən mənzilindəki hadisə dünən axşam saatlarında baş verib.

Sayta danışan jurnalist bildirib ki, mənzildən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyaları, televizor, kompüter, planşet və nağd pul oğurlanıb.

Evdə heç kimin olmadığını fürsət bilən oğrular jurnalistin və həyat yoldaşının nişan üzüyünü də aparıblar.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktlar bağlı araşdırma aparılır.