Bakıda dəhşətli yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.