Altı ay öncə itkin düşən gənc qadının ailəsi onun axtarışlarını davam etdirir.
“Qafazinfo”nun verdiyi xəbərə görə, Tovuz rayonunda anadan olan 1991-ci il təvəllüdlü Xumar Sadıqova ötən ilin sentyabr ayından itkin düşüb. Bu barədə onun qohumu Famil Xaliqov “Qafqazinfo”ya məlumat verib. O bildirib ki, X.Sadıqova 2015-ci ilin sentyabr ayında Xətai rayonunda yaşadığı mənzildən çıxıb gedib və bir daha geri qayıtmayıb: “Azyaşlı övladı İsmayıl anasının yolunu gözləyir”. Xumaq Sadıqovanı görənlərdən xahiş olunur 050-299-29-20 nömrəsi ilə əlaqə saxlayaraq bu barədə məlumat versinlər.
Murad Əhməd