32 yaşlı qadın kimyəvi maddədən zəhərləndi - Şəmkirdə

32-yasli-qadin-kimyevi-maddeden-zeherlendi
Oxunma sayı: 1360

Şəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Barlıbağ yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Naibə Allahverdiyeva kimyəvi maddədən zəhərlənmə əlaməti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın özünəməxsus əkin sahəsində həşəratlara qarşı mübarizə apararkən fosfor tərkibli kimyəvi maddədən zəhərlənib.