Belə ki, Bankın filiallarında həm dövlət ipoteka proqramı çərçivəsində, həm də Bankın öz vəsaitləri hesabına verilən ipoteka krediti almaq istəyən vətəndaşların müraciətlərinə baxılır. Hazırda Xalq Bank ölkədə ipoteka kreditləşməsi sahəsinin liderlərindən biridir və bu istiqamətdə aktiv fəaliyyətini davam etdirir.
Bu günə olan məlumata görə Xalq Bank 116,261 milyon manat həcmində 2706 ipoteka krediti vermişdir. Bu kreditlərin 1296-sı Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə, 1410 ipoteka krediti isə əhaliyə Xalq Bankın daxili ipoteka proqramı çərçivəsində verilmişdir.
Bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi ipoteka krediti şərtləri və məbləğinə görə bazarda ən cəlbedici məhsuldur. 25 ilədək müddətə verilən ipoteka kreditinin illik faiz dərəcəsi 10%-dən başlayır. Maksimal məbləği 500 000 manat olan krediti hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.