Vergilər Nazirliyi marketlərdə yoxlama aparır? - Açıqlama

vergiler-nazirliyi-marketlerde-yoxlama-aparir
Oxunma sayı: 1853

Vergilər Nazirliyi “Neptun” və “Grand” marketlərdə aparılan müşahidələrlə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, xronometraj metodu ilə müşahidə aparılması vergi yoxlaması deyil. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növüdür. Yəni, vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə aparılan müşahidədir. Belə müşahidələr mütəmadı olaraq aparılır, satılmış mallara, göstərilmiş xidmətlərin müqabilində çekin vurulması (və ya qəbzin yazılması), müştəriyə verilməsi, çeklərdəki məbləğin ödənilmiş məbləğə uyğun olmasına nəzarət edilir, uçotdan yayınma halının qarşısını almağa xidmət edir və sahibkarlıq subyektinin normal fəaliyyətinə heç bir maneə yaratmır.

Bu normal vergi nəzarəti formasıdır və qətiyyən şişirdiləsi bir hal deyil. “Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə məhz xronemetraj müşahidəsi təyin edilib, vergi yoxlaması yox.