Aprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərinin təqdim olunma mərasimi keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident; neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə; geologiya və geofizika məsələləri üzrə; yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli Sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.
Son xəbərlər
Son Xəbərlər