OPEK Rusiyada neft istehsalı ilə bağlı proqnozu qaldırdı

opek-rusiyada-neft-istehsali-ile-bagli-proqnozu-qaldirdi
Oxunma sayı: 911

Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEK) Rusiyada neft hasilatı ilə bağlı proqnozu qaldırıb.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat OPEK-in noyabr hesabatında dərc olunub.

Ötən ay 2016-2017-ci illərdə yerli istehsalın gündə 11,04 milyon barrel təşkil edəcəyi gözlənilirdi. Yeni proqnoza görə, 2016-cı ildə hasilat gündə 11,05 milyon barrel olub, 2017-ci ildə isə 11,06 milyon barrel təşkil edəcək.

Eyni zamanda, istehsal növbəti ilin birinci rübündə gün ərzində 11,12 milyon barrelə çatacaq, üçüncü rübündə isə 11 milyon barrelə qədər düşəcək.