“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, ABŞ-ın neft ehtiyatlarının qalxması ilə bağlı xəbərlər yayılsa da neftin qiyməti artıb.
Belə ki, Brent markalı neftin bir barreli 3,42% bahalaşaraq 48,24 olub. WTI markalı neftin bir bareli isə 4,14% bahalaşıb, 47,87 dollara satılır.
Qeyd edək ki, ABŞ analitikləri neftin qiymətinin artmasının müvəqqəti olduğunu deyirlər. Onların fikrincə, dünya bazarlarında neftin qiyməti kəskin şəkildə düşəcək.
Fars körfəzi ölkələri neftin hasilatını azaltmayacağı təqdirdə dünyada neftin bir barrelinin qiyməti 20 dollara qədər düşə bilər.