Müsabiqənin mövzuları:
• “Universal Çağrı mərkəzi” loqotipi üzrə
• “Universal Çağrı mərkəzi” şüarı üzrə
Müsabiqəyə təqdim olunan loqotipə və şüara aid tələblər
• Müsabiqədə iştirak sərbəstdir
• Müsabiqəyə hər bir şəxs tərəfindən təqdim edilən loqotip və (və ya) şüar sayına məhdudiyyət qoyulmur
• Müsabiqə istirakçılarından kreativlik tələb olunur
• Təqdim olunan loqotip və (və ya) şüar unikal olmalı, hər hansı təşkilatın loqosuna, şüarına və ya devizinə, marka və ya nişanına bənzəməməlidir
• Plagiat hesab olunan loqotip və (və ya) şüar müsabiqəyə qəbul edilməyəcəkdir.
Müsabiqəyə təqdim olunan loqotipin aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur (loqotipin başqa formatda, ölçüdə göndərilməsinə məhdudiyyət qoyulmur):
• Loqotip PNG, TİFF, CDR, PSP, Aİ, EPS, WMFformatlarından birindəolması
• Loqotipin ölçüsüsunu300 dpi və daha çox olması
• Loqotipin rəngli və monoxrom variantda təqdim olunması
Müsabiqəyə təqdim olunan şüarın aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur(şüarın bir neçə sözdən ibarət olmasına məhdudiyyət qoyulmur):
• Azərbaycan dilində olması
• Üç sözdən artıq olmaması
2014-cü ilin mayın 6-dan 26-dək davam edəcək müsabiqəyə təqdim edilmiş ən maraqlı, kreativ və “Universal Çağrı mərkəzi”nin fəaliyyətinə uyğun loqotip və şüarların ən yaxşısı seçilərək onların müəllifləri mükafatlandırılacaq:
• Loqotip üzrə : “Surface PRO” planşetiilə
• Şüar üzrə: “Microsoft Surface RT + Touch Cover” planşeti ilə
İştirakçılar öz işlərini facebook.com/vergiler - səhifəsinə, həmçinin info@taxes.gov.az ünvanına göndərə bilərlər.