Dünəndən Mərkəzi Bankın "qaynar xətt"ində problem yaranıb.
Bununla bağlı “Qafqazinfo”ya bir neçə şikayət daxil olub. Şikayətçilər bildiriblər ki, bankın "qaynar xətt"ində xeyli gözləsələr də, cavab verən olmayıb.
Şikayəti nəzərə alıb operatorla əlaqə saxlamağa çalışsaq da, bizim də zəngimiz cavabsız qaldı.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevlə əlaqə saxladıq. O isə bildirib ki, "qaynar xət"lə bağlı hər hansı bir problem yoxdur: “ (012) 493-11-22-ə zəng vurduqdan sonra 3 87 yığın”.
Günel Hacı