Azərbaycanda kommersiya bankları istehlak, biznes, lombard və sairə növ kreditləri bərpa etsələr də, yenidən çətin vəziyyətə düşüblər.
“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, Banklar Assosiasiyasının üzvü Cavanşir Abdullayevin sözlərinə görə, təkcə ötən həftədə Mərkəzi Bank kommersiya banklarına 170 mln. manat vəsait ayırıb. Lakin banklar kredit veriləcək müştəri tapa bilmir. Bu vəziyyət istər istehlak, istərsə də biznes kreditləri sahəsində müşahidə edilir.
Nəzərə almaq lazımdır ki, kreditlər 25-29 faiz diapazonda təklif edilir. Və məlum məsələdir ki, məhz bu fakt müştəriləri kredit almaqdan çəkindirir. Elə bunu nəzərə alaraq Banklar Assosiasiyasının üzvü kommersiya banklarını həm yenidən faizlərə baxmağa, həm də daha endirimli və cəlbedici kampaniyaları keçirməyə çağırır.
Son xəbərlər
Son Xəbərlər