Azercell-dən Korporativ Abunəçilər üçün Biznes Paketləri

-azercell-den-korporativ-abuneciler-ucun-biznes-paketleri
Oxunma sayı: 8117


Belə ki, yeni paketə qoşulan zaman abunəçilər cəmi 10 AZN abunə haqqı ödəməklə ölkədaxili danışıqlar üçün 500 dəq, 500 sms və 500 MB internet əldə etmək imkanı qazanırlar. Eləcə də, 20 AZN-lik abunə haqqı müqabilində abunəçi ölkədaxili danışıqlar üçün 2000 dəq, 2000 sms və 2000 MB internet əldə edir. Bu paketin digər bir üstünlüyü isə ondan ibarətdir ki, bu paketə qoşulmaqla abunəçilər beynəlxalq zənglərdə 20 və müvafiq olaraq 40 faiz endirimdən yararlana bilirlər. Eyni zamanda, faktura dövrü ərzində əlavə trafikə 95% endirim tətbiq edilir (hər MB üçün 0.02AZN)

 

10AZN (EDV daxil)

20AZN (EDV daxil)

Ölkədaxili zənglər

500 dəqiqə

2000 dəqiqə

Ölkədaxili SMS

500

2000

Beynəlxalq istiqamətlərə  zənglərə

20% endirim

40% endirim

İnternet

500 Mb

2000 Mb

Qeyd edək ki, danışıq dəqiqələri sms rominq xidməti, qısa nömrələrə  edilən zənglər və sms-lər xaric olmaqla ölkədaxili istiqamətlərdə istifadə oluna bilər. Eyni zamanda, BizKlub daxili, qısa nömrələrə edilən, eləcə də peyk nömrələrinə və rominq xidməti çərçivəsində edilən xidmətlər istisna olmaqla, göstərilən xidmətlərin istifadə edilməyən hissələri növbəti faktura dövrünə keçirilmir. Əlavə xidmətlərin haqqı abunəçinin tarif paketinə uyğun olaraq hesablanır. 

Azercell bundan sonra da abunəçilərini sərfəli tarif paketləri və yeni cəlbedici kampaniyalarla sevindirməkdə davam edəcək.