“Akkord” Almaniya şirkətinə uduzdu

akkord-almaniya-sirketine-uduzdu
Oxunma sayı: 2081

Almaniya şirkətinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Almaniyanın “REBİEL Gesellschaft für İnternational Spedition und Schiffart Gmbh” şirkəti borcun ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin edib.

Lakin həmin qətnamə ilə razılaşmayan “Akkord” ASC apellyasiya şikayəti verib.

Borcun nədən yarandığı və məbləği açıqlanmır.