“42 milyon azalıb”

42-milyon-azalib
Oxunma sayı: 824


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli DSMF-nin 2015–ci il dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirib. 

H. Rəcəbli qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcədən maliyyələşməsinin qismən azalması barədə uzun illər fikirlər səsləndirirdik: “Bu gün artıq bu azalma tendensiyasını onun fəaliyyətində görürük. DSMF həm hüquqi, həm də fiziki şəxslərin sığortaya cəlb olunmasında fəallıq göstərir. Bu 36 faiz təşkil edir. Qeyri-büdcə sektorundan DSMF daha çox yığım təşkil etməlidir. DSMF-nin 2015- ci il üçün fəaliyyəti gərgin görünür. Çünki Fonddan  transfertlər 42 milyon azalıb.  Bu rəqəmi DSMF yığmalıdır”.

Onun fikrincə, sanatoriya və kurort mrəkəzlərinə ayrılan 2,2 faiz vəsait isə müasir tələblərə cavab verir

***

Milli Məclisin deputatı İlham Məmmədov ucqar kəndlərdə əhalinin bankomat problemi ilə rastlaşdığını vurğulayıb. “Qafqazinfo” xəbər verir ki, o bu barədə fikirlərini DSMF-nin 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirib. Deputat qeyd edib ki, Azərbaycanın bölgələrində pensiyaların verilməsi ilə bağlı heç bir problem yoxdur: “Biz bölgələrdə səfərdə olarkən heç kim gəlib bu sahədə problemin olduğunu demir. Ancaq bankomatlarla bağlı bir sıra problemlər var.  Düzdür, mənim seçildiyim Yevlax rayon mərkəzində bununla bağlı problem aradan qaldırılsa da , rayon mərkəzlərindən  30-40 km  məsafədə yerləşən ucqar kənd və qəsəbələrdə bu problem özünü daha qabarıq göstərir.

Günel Türksoy