“Xəzər Lənkəran”ın dövrələrarası qış fasiləsində doğma şəhərdə təlim-məşq toplantısını davam etdirir.
“Qafqazinfo” 12cioyuncu.info-ya istinadən xəbər verir ki, son hazırlıq prosesi dünən saat 16:00-da stadionun ehtiyat meydançasında başlayıb. Yeni futbolçulardan Akif Tağıyev, Orxan Səfiyaroğlu və lənkəranlı Əhməd Səmədov məşqdə iştirak ediblər. Yenilər arasında ən çox istəkli olması ilə Səmədov seçilib. Məşqin sonunda daha bir futbolçu komandaya qoşulub. Qaçışla kifayətlənən bu futbolçu “Rəvan” klubu ilə yollarını ayıran Kamil Nurəhmədovdur. Sonda əldə etdiyimiz məlumata görə, Hacı Əhmədov da yanvarın 12-də komandanın düşərgəsində olacaq.
Qeyd edək ki, Hacı Əhmədov cari mövsümün əvvəlində "Qarabağ"dan "Zirə"yə keçmişdi.